"Qarabağ”ın futbolçusu Ansi Aqolli Topaz Premyer Liqasında yubiley matçını keçirib. Fanat.az xəbər verir ki, albaniyalı legioner V turun “Kəpəz”lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb. O, bu oyunlarda 3 qol vurub.
2010-cu ildən Azərbaycanda çıxış edən Aqolli Premyer Liqadakı bütün qarşılaşmalarını “Qarabağ”ın heyətində keçirib. Ansi Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Ona qədər 10 oyunçu “Qarabağ”la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb.
“Qarabağ”ın indiki heyətində isə yalnız iki oyunçu klubunun heyətində Aqollidən daha çox çempionat oyunu keçirərək 150-dən artıq matçın iştirakçısı olub. Bunlar Namiq Yusifovla Maksim Medvedevdi.
Qeyd edək ki, Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə “Neftçi”yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.//pfl.az
mövsüm | klub | oyun | Qol |
2010/11 | Qarabağ (Ağdam) | 31 | 0 |
2011/12 | Qarabağ (Ağdam) | 31 | 1 |
2012/13 | Qarabağ (Ağdam) | 27 | 1 |
2013/14 | Qarabağ (Ağdam) | 34 | 1 |
2014/15 | Qarabağ (Ağdam) | 25 | 0 |
2015/16 | Qarabağ (Ağdam) | 2 | 0 |
| Cəmi | 150 | 3 |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol