Bu gün AFFA İntizam Komitəsinin iclası keçirib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının V, I divizionun II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
Premyer Liqa
“Zirə” - “Rəvan” matçının 82-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Mbah Çimezi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Neftçi” - “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Manuel Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Əvəzedici heyətlər
“Zirə” - “Rəvan” matçında oyunöncəsi iclasda “Zirə” klubunun nümayəndəsi iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur.
“Zirə” klubu yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir..
“Neftçi” - “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
I divizion
“Zaqatala” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Bakılı” – “Energetik” matçının 59-cu dəqiqəsində “Energetik” klubunun futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Fanat.az