Almaniya Bundesliqasında növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya" (Dortmund) "Hoffenhaym"ın qonağı olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə meydan sahiblərindən Sebastian Rudi açıb. 55-ci dəqiqədə isə Pyerre-Emerik Aubameyanq bərabərliyi təmin edib.
Bu "Borussiya"nın ilk хal itkisi olub. Bundan əvvəl keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Dortmund klubu turnir cədvəlinə başçılıq edirdi. 6 turda maksimum хal toplayan "Bavariya" liderliyi ələ alıb, 16 хalı olan "Qəbələ"nin rəqibi ikinci pilləyə düşüb.
"Qəbələ"nin digər rəqibi PAOK isə Yunanıstan Super Liqasının IV turunda AEK-i qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 47-ci dəqiqədə qonaqlardan Kristos Aravidis açıb. 64-cü dəqiqədə Harri Rodriges bərabərliyi təmin edib, 84-cü dəqiqədə Georgios Tzavellas PAOK-un qələbə qolunu vurub.
"Qəbələ"nin rəqibi 4 turda 7 хal toplayıb. PAOK 7 хalla 4 komanda ilə birlikdə 3-7-ci pillələri bölüşür.