Premyer Liqanın VI turunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçının yeri və vaхtı hələ müəyyənləşməyib. Fanat.az хəbər verir ki, bu barədə PFL-in rəsmi saytında məlumat yerləşdirilib.
Turun digər oyunlarının baş tutacağı stadionlar və matçların başlama saatı açıqlansa da, Azərbaycan derbisi ilə bağlı qeyri-müəyyənlik davam edir. PFL-in məlumatında bildirilir ki, oyunun yeri və vaxtı dəqiqləşdikdən sonra bu barədə məlumat veriləcək.
Komandaların əsas heyətləri arasındakı oyunla yanaşı, bir gün əvvəl keçiriləcək əvəzedici heyətlərin qarşılaşmasının da yeri və vaхtı məlum deyil.
Fanat.az