Yunis Hüseynov "Zirə" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi oyundan sonra bunları deyib:
"Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsində qapımıza penalti təyin olundu. Bildiyiniz kimi, ən kasad heyət bizdədi. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı. Məncə, penalti var idi. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla oynayacağıq".
Fanat.az