Yuri Syomin "Anji"dən ayrılıb. Fanat.az хəbər verir ki, bu barədə Mahaçqala klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 68 yaşlı mütəхəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb. Komanda müvəqqəti olaraq Ruslan Ağalorova tapşırılıb.
Qeyd edək ki, Syomin 2013/14 mövsümündə "Qəbələ"yə başçılıq etmişdi. "Qırmızı-qaralar" onun rəhbərliyi altında ilk dəfə Avropa Liqasına vəsiqə qazanmışdı. Ölkəmizdən ayrıldıqdan sonra "Mordoviya"nı çalışdıran Syomin bu ilin iyununda "Anji" ilə müqavilə imzalamışdı.
Fanat.az