19:43 29.09.2015 661

"Krasnodara 3 xal üçün yollanırıq” - Voyislav Stankoviç

“Qəbələ”nin mərkəz müdafiəçisi Voyislav Stankoviçin “Qəbələ İK” qəzetinə müsahibə verib. Fanat.az həmin müsahibəni təqdim edir:

- “Qəbələ”də az müddətdir oynasam da, çıxışımdan, uğurlarımızdan razıyam. Bu komandada özümü gözəl hiss edirəm. Fikrimcə, bundan sonra da komanda oyunu sayəsində uğurlu çıxışımızı davam etdirəcək, daha yaxşı nəticə göstərəcəyik.

- Yeni gəldiyin vaxtlar ehtiyatda qalırdın. İlk vaxtlar heyətdə yer almadığına görə ruh düşkünlüyü yox idi?
- Yox. Çünki hər şeyi yaxşı başa düşürdüm. “Qəbələ”yə yeni gəlmişdim və mübarizəyə tam hazır deyildim. Odur ki, vəziyyəti anlayışla qarşılayıb, meydançaya çıxacağım anı gözləyirdim.

- Maraqlıdır ki, gözlədiyin an vətəndaşı olduğun Serbiyanın “Çukariçki” klubu ilə Bakıdakı oyununa təsadüf etdi.
- Elədir. Vernidub vərəqə limitini aşdığına görə, həmin oyunu buraxmalı oldu. Belə olan halda Rafaellə birgə müdafiənin mərkəzində oynamalı oldum. Serblərlə matçda bizə lazım olan hesabla qalib gələrək, mərhələ keçdik. Bundan sonra da “Qəbələ”nin uğurlu çıxışı üçün var-gücümlə çalışıram. Komandamızın heyətində daim yaxşı oynamaq istəyirəm.

- Ruslan Abışovun da “Qəbələ”yə qayıtdığını nəzərə alsaq, mövqeyində oynayan daha bir futbolçu var.
- Ruslan komandaya yeni qoşulub və son iki oyunda iştirak edib. Müdafiənin mərkəzində oynayan Santosla Vernidub da yaxşı futbolçulardır. Rəqabətin olması yaxşı haldır. Komandanın xeyrinədir. Mən ilk növbədə, öz oyunuma baxıram. Həmişə start heyətində yer alıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm.

- Rafael zədə üzündən, təxminən, 1 ay oynaya bilməyəcək. Abışovun da qrup matçlarında “Qəbələ”yə kömək edə bilməyəcəyini nəzərə alsaq, sizə çətin olmayacaq?
- Əlbəttə, Rafael aparıcı futbolçularımızdandır, uzun müddətdir “Qəbələ”də çıxış edir. Ancaq üzərimizə düşəni layiqincə yerinə yetirməklə Santosun yoxluğunu hiss etdirməməyə çalışırıq. Rafaelin də sıraya qayıdışı ilə müdafiənin mərkəzində yenidən güclü rəqabət yaranacaq.

- PAOK-la matçda Santosun yoxluğunu hiss etdirmədiniz. “İkinci mərtəbədə” inamlı oyununla, sən xüsusilə seçilirdin. Rafaelin olmadığı matçda hava ötürmələrinə sənin xüsusi diqqət yetirməyin baş məşqçinin tapşırığı idi?
- Hər oyundan öncə toplantımız olur. Baş məşqçi kimin necə oynamalı olduğunu deyir. Ancaq bu, futboldur. Futbolçu həmişə baş məşqçinin tapşırdığı kimi oynaya bilmir. Mən üzərimə düşən vəzifəni tam yerinə yetirməyə çalışdım. Sevinirəm ki, həmin oyunda məndə yaxşı alındı.

- “Panatinaikos” və PAOK-a qarşı oyunlarda çıxış etmiş müdafiəçi kimi bu komandaların hücum xəttini necə xarakterizə edərdin?
- Hər ikisi Yunanıstanın aparıcı, mükafatlara oynayan klublarıdır. Təsadüfi deyil ki, “Panatinaikos” son çempionatda gümüş, PAOK isə bürünc medalçı olub. Bu komandaların parlaq tarixi, avrokuboklarda böyük təcrübəsi var. Dəfələrlə Çempionlar Liqası, Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Təkcə Yunanıstan komandaları deyil, Avropa Liqasında qarşılaşdığımız bütün rəqiblərimiz güclü hücum xəttinə malik idi. Hər birinə qarşı oynamaq çətin idi. Meydanda çox çalışmalı olduq. Hesab edirəm ki, “Qəbələ” də hazırda Yunanıstanın böyük klubları ilə eyni səviyyədə oynayır. Bu, həm də yaxşı heyətə malik olmağımızdan irəli gəlir. Heyətdə güclü futbolçular cəmləşib. Onlar arasında rəqabət xeyli yüksəlib. Hər mövqedə 2-3 eyni səviyyəli oyunçu var. Heyətin belə geniş olması komandanın imkanlarını xeyli artırır. Artıq baş məşqçi rahat seçim edə, bu gün bir futbolçunu, sabah başqasını əsas heyətdə oynada bilir. Rəqiblərimiz güclü olsa da, yaxşı nəticə qazanmaq üçün imkan var. Ümid edirəm ki, qrup mərhələsində də yaxşı nəticələr qazanıb, 1/16 finala çıxacağıq.

- Komandamız cari mövsümdə Avropa Liqasındakı ev oyunlarında hələ ki qol buraxmayıb. Bu, daha çox siz müdafiəçilərin, yoxsa qapıçımız Dmitri Bezotosnının əməyinin nəticəsidir?
- Bu, bütün komandanın xidmətidir. Meydanda olan hər bir futbolçumuzun bu uğurlarda əməyi var. Komanda yaxşı oynayırsa, qapısından qol buraxmırsa, bunu konkret bir mövqenin uğuru kimi qiymətləndirmək olmaz. Hər bir futbolçu baş məşqçinin tapşırığına uyğun olaraq, meydanda nə etməli olduğunu yaxşı bilir.

- Ancaq hələ ki səfərdə bütün matçlarda qol buraxırıq. Bunu nəylə əlaqələndirərdin?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, bütün oyunlarımız çətin keçib. Hər matçda qol buraxmamaq mümkün deyil. Hətta ən güclü klublar belə buna nail ola bilmir. Öz meydanında oynayan komandalar qol vurmaq, qalib gəlmək istəyir. Odur ki, çox hücum edirlər. Buna görə də, səfər matçlarında arxa xətt oyunçularının işi daha ağır olur. Rəqib meydanında qapımızı toxunulmaz saxlaya bilməsək də, əksər vaxt sərfəli nəticə ilə dönmüşük. Əsas da budur. “Qəbələ” tarixində ilk dəfə qrup mərhələsinə çıxıb və bu, komanda üçün çox yaxşı göstəricidir.

- Komandandan fərqli olaraq, sən bunadək qrup mərhələsi həyəcanını yaşamısan...
- Bəli. İndi gördüklərim mənim üçün tanış hisslərdir. “Partizan”la Avropa Liqası, hətta Çempionlar Liqasının qrup mərhələsində top qovmuşam. Avropanın ən nüfuzlu klub turnirində “Arsenal”, “Anderlext”, “Şaxtyor”a qarşı oynamışam. Avropa Liqasında isə qrupda rəqiblərimiz arasında “Neftçi” də olub. Bir sözlə, bu mərhələdə təcrübəm böyükdür. Qrup matçları hər bir futbolçunun oynamaq arzusunda olduğu fərqli bir sınaqdır.

- “Qəbələ” qrupda digər 2 rəqiblə hələ qüvvəsini sınamayıb. Qarşıdan “Krasnodar”la çətin səfər matçı, ardından “Borussiya” ilə ardıcıl 2 çətin oyun olacaq. “Qəbələ” bu matçlarda, ümumiyyətlə, qrupda hansı nəticəyə ümid edə bilər?
- Əlbəttə, “Borussiya”yla “Krasnodar” güclü komandalardır. Ancaq istənilən halda, məqsədimiz növbəti mərhələyə çıxmaqdır. Krasnodara 3 xal qazanmaq üçün yollanırıq. Qrupda ilk səfər matçımızdan qələbə ilə dönmək istəyirik və buna nail olmaq üçün bütün gücümüzlə çalışacağıq.

- “Borussiya”nın aşkar favorit olduğu qrupda 2-ci yerə şansımız var?
- Hamı düşünür ki, “Borussiya” bu qrupun qalibi olacaq. Ancaq futbolda gözlənilməz nəticələr də olur. Biz də 1-ci yer uğrunda mübarizə apara bilərik. Kimin qrupda neçənci yer tutacağını zaman göstərəcək. Fikrimcə, mübarizənin sonunda “Qəbələ” üçün yaxşı nəticə olacaq.

- Komandamız Avropa Liqasıyla yanaşı, daxili yarışlarda da uğurlu çıxış etməyi qarşısına məqsəd qoyub. Premyer Liqada hələ ki yeganə məğlubiyyəti keçmiş komandan “İnter”dən almışıq. 15 oyunluq məğlubiyyətsiz seriyanın qırıldığı həmin matçda uğursuzluğu nəylə əlaqələndirərdin?
- “İnter”lə matç mənim üçün xüsusi bir oyun idi. Çox istəyirdim qalib gələk. Ancaq bəxt bizdən üz döndərdi. Xeyli qol imkanlarımız olsa da, yalnız birindən istifadə edə bildik. Futbolda kim qol imkanından daha çox yararlanırsa, o da qələbə qazanır. Növbəti matçlarda yaxşı oynamaqla, hər dəfə hesabımıza 3 xal yazacağıq. Hesab edirəm ki, “Qəbələ”nin çempionluğa şansı var. Bu, biz futbolçuları qələbəyə ruhlandırır.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

Facebookdan bizi izləməyi unutmayın.
X