19:55 29.09.2015 543

Vüqar Nadirov: "Qarabağ"ı niyə də üstələməyək?"

“Qəbələ” “transfer pəncərəsi” bağlanandan sonra heyətinə daha 2 futbolçu cəlb etdi. Bunlar “Xəzər Lənkəran”dan ayrılan müdafiəçi Ruslan Abışovla hücumçu Vüqar Nadirovdu. Fanat.a xəbər verir ki, “qırmızı-qaralar”ın yeni üzvləri yeniliklə bağlı təəssüratlarını “Qəbələ İK” ilə bölüşüblər.


Ruslan Abışov: "Komandamıza çox güvənirəm”


“Qəbələ” Vüqarın karyerasında yeni klubdursa, Ruslan ötən mövsümü bu komandada keçirib, kapitan olub. Klubla birillik müqavilə imzalayan təcrübəli müdafiəçi yenidən “qırmızı-qaralar”ın heyətində çıxış etməkdən məmnundur: “Baş məşqçi Roman Qriqorçuk məni yenidən sərəncamında görmək istədi. Açığı, gözləmirdim. Ailəmlə məsləhətləşdikdən sonra “Qəbələ”yə qayıtmağı qərara aldım. Doğrudur, başqa təkliflər vardı, ancaq “Qəbələ”yə dönməyi daha məqsədəuyğun saydım. Yenidən burda olmaqdan məmnunam”.


Ruslanla Vüqar “Xəzər Lənkəran”da yeni futbolçuların oynamasına UEFA tərəfindən qoyulan qadağaya görə, Topaz Premyer Liqasının avqust ayında keçirilən ilk 4 turunda meydana çıxa bilməyiblər. Cəzanın ilin sonunadək uzadılması futbolçuların uzun müddət oyun praktikası sarıdan əziyyət çəkməsi demək idi. Abışov sonuncu dəfə rəsmi matçı may ayında, “Qəbələ”nin heyətində “Bakı”ya qarşı keçirmişdi: “Əlbəttə, oynamamaq hər bir futbolçuya sonradan çətinlik yaradır. Əsas odur ki, ilk oyunumda uğurlu nəticə əldə etdik. Cari mövsümdə debüt etdiyim “Sumqayıt”la matçda, çətin də olsa, qələbə qazandıq. Doğrudur, məndə bir az yorğunluq vardı. Ancaq bu, zamanla qaydasına düşəcək. Mənə elə gəlir ki, 2-3 turdan sonra oyunum daha yaxşı olacaq”.


28 yaşlı futbolçunun fikrincə, “Qəbələ”nin potensialı Premyer Liqanın qalibi olmağa imkan verir: “Ötən mövsümdəki komandada oynamaq, məncə, daha rahat idi. Bəlkə bu, hazırkı heyətə yeni qoşulmağımdan irəli gəlir. Əlbəttə, hazırkı “Qəbələ”ylə də böyük uğurlar qazanacağımıza inanıram. Çempionluq barəsində danışmaq tezdir, çünki qarşıda xeyli çətin oyunlar olacaq. “Sumqayıt”la matç göstərdi ki, çempionatda asan sınaq olmayacaq. Çempion olmaq istəyiriksə, ”Qarabağ” kimi güclü komandayla rəqabət aparacağıqsa, hər oyunda qələbəyə köklənməliyik”.

Son transferlər “Qəbələ”yə Avropa Liqasının qrup mərhələsində kömək edə bilməyəcəklər. Çünki onların keçidləri həll olunan zaman “Qəbələ” sifariş ərizəsini artıq UEFA-ya göndərmişdi. Ruslan üzləşdiyi vəziyyətə görə üzülsə də, ümidini itirmir: “Əlbəttə, çox istərdim ki, Avroliqa oyunlarında çıxış edim. “Rubin”lə bu mərhələdə oynasam da, “Qəbələ”nin heyətində tamam başqa cür ola bilərdi. Ancaq oynaya bilməməyim məndən asılı məsələ deyil və görünür, bu dəfə qismət deyilmiş. Əslində, bu, cari mövsümdə də mümkün ola bilər. “Qəbələ” 1/16 finala çıxsa, mən də istəyimə çata bilərəm. Avropa Liqasında komandamıza çox güvənirəm”.


Vüqar Nadirov: “Qarabağ"ı niyə də üstələməyək?"


Ruslandan fərqli olaraq, Vüqara Azərbaycan klubunun heyətində Avropa Liqasının qrup mərhələsində oynamaq nəsib olub. O, uzun illər şərəfini qoruduğu “Qarabağ”la ötən il bu mərhələdə oynayıb və hətta qol da vurub: “Ardıcıl ikinci il qrup mərhələsində oynamaq əla olardı. Bilirəm ki, qrup mərhələsinin ab-havası necədir, qol vuranda hansı hissləri keçirirsən. İnanın, bu, çox maraqlıdır. Ümid edirəm, “Qəbələ” qrupdan çıxacaq və mən pley-offda oynamaq şansı qazanacağam”.

Hələliksə Nadirov “Qəbələ”nin əsas komandasında debüt edəcəyi anı gözləyir. O, bunun üçün yaxşı forma yığmağın vacib olduğunu bilir: “Yığmanın üzvü olduğumdan, oynamaq mənim üçün çox önəmlidir. Millimizin baş məşqçisi Robert Prosineçki də iddialı klubda çıxış etməyimizi istəyirdi. Yəqin ki, “Qəbələ” variantı onun üçün də xoş oldu. Əslində, “Qəbələ” hələ təsnifat mərhələsində çıxış edərkən, məni istəyirdi. Ancaq həmin vaxt bəzi səbəblərə görə “Xəzər Lənkəran”ı tərk edə bilmədim. Qarşılıqlı razılığa əsasən, “Qəbələ” ilə 6 aylıq müqavilə bağladıq”.


28 yaşlı hücumçu yeni baş məşqçisi Roman Qriqorçukla işbirliyindən də danışdı. Vüqar zəngin futbolçu təcrübəsinə əsaslanaraq, tez bir zamanda formaya düşəcəyinə inanır: “Oyun praktikası sıradan korluq çəkirəm. Ancaq məndə illərin təcrübəsi toplanıb. Templə çalışıb, əvvəlki formamı qaytaracağam. Qriqorçuk çox tələbkar mütəxəssisdir. Mən də məşqlərdə onun tələblərini yerinə yetirməyə çalışıram. Onun mənə hələ ki əsas heyətdə yer verməməsini normal qəbul edirəm. Öncə “18-liy”ə düşüb, sonra əsas heyətdə yer almağı düşünürəm. Həm yarımmüdafiənin cinahlarında, həm də hücumun mərkəzində oynaya bilirəm. Məşqlərdən hiss edirəm ki, Qriqorçuk məni sağ cinah yarımmüdafiəçisi mövqeyində görür”.


Vüqar “Qəbələ”nin Premyer Liqanın qalibi olmaq uğrunda mübarizədə son 2 mövsümün çempionu “Qarabağ”ı üstələyəcəyinə inanır: “Niyə də olmasın? İkisi də bərabər səviyyəli komandadır. Hesab edirəm ki, “Qarabağ”la matçlarımız çox maraqlı və prinsipial olacaq. “Qəbələ” Avropa Liqasındakı çıxışıyla göstərir ki, çempion olmağa layiqdir".


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X