Topaz Premyer Liqasının VII turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az хəbər verir ki, "CBC Sport" oktyabrın 2-də, saat 19.00-da başlayacaq AZAL - "Rəvan" oyununu efirə verəcək.
Kanal bir gün sonra yenə eyni saatda start götürəcək "Zirə" - "Neftçi" qarşılaşmasını canlı yayımlayacaq. "CBC Sport" oktyabrın 4-də "Qəbələ" - "Xəzər Lənkəran" oyununu azarkeşlərə təqdim edəcək. Bu qarşılaşma saat 21.00-da başlayacaq.
Fanat.az