"Bizi çətin oyun gözləyir. Çünki "Qəbələ" çox səviyyəli komandadı". Fanat.az xəbər verir ki, bu sözləri Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov deyib.
Baş məşqçi bu gün baş tutacaq oyunla bağlı danışıb: "Komandanın yaxşı balanslaşdırılmış heyəti, həm yerli, həm də legioner futbolçuları var. Bəzilərini tanıyıram, birgə çalışmışıq. Bizim bu oyuna maksimum köklənməyimiz lazımdır. Həm müdafiədə, həm də hücumda yaxşı oyun sərgiləməklə qələbə qazanmağa çalışmalıyıq".
Kononov "Qəbələ"nin heyətində tanıdığı futbolçuların olduğunu bildirib: "İlk növbədə Georgi Floreskunu qeyd edə bilərəm. Həmçinin "Karpatı"da birgə işlədiyim Sergey Zenyovu. O, indi "Qəbələ"də yaxşı çıxış edir. Bu üzdən də maksimum diqqətdə saxlamalıyıq. Ukraynada çalışdığım dövrdə Aleksey Antonovun, Aleksey Qayın da necə futbolçu olduğunu görmüşdüm. Evdə oynayırıq. Qrupdan çıxmaq üçün evdə keçirdiyimiz bütün oyunlardan qalib ayrılmağımız lazımdı. "Qəbələ"nin PAOK-la oyununu görmüşəm. Amma yunanların hansısa ciddi üstünlüyünün olduğunu deməzdim".//Azerisport.az
Fanat.az