“Oyundan əvvəl baş məşqçi ilə söhbətimiz oldu. Razılaşdıq ki, meydana sonradan daxil olacağam. Meydana çıxarkən məqsədim qol vurmaq idi. Şadam ki, istəyimə çatdım”. Fanat.az Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Krasnodar”ın hücumçusu Fyodor Smolov deyib.
“Qəbələ”nin qapısına həlledici qolu vuran Smolov təmsilçimizin zəif komanda olmadığını qeyd edib: “Qəbələ”dən belə oyun gözləyirdik? Hesab edirəm ki, Avroliqada zəif rəqib yoxdur. Oyunun əvvəli bizim tərəfimizdə idi. “Qəbələ”yə asanlıqla qalib gələcəyimizi düşündüm. Lakin yekunda sonluq gərgin alındı”.
Fanat.az