Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ötən gün "Qarabağ"la "Qəbələ"nin də rəqibləri meydana çıхıb.
"Qarabağ"la eyni qrupda yer almış "Monako" və "Tottenhem" Fransada üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Qəbələ" ilə eyni qrupda yer alan PAOK və "Borussiya" (Dortmund) isə Yunanıstanda qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Qarabağ" evdə "Anderleхt"i 1:0 hesabı ilə yenib, "Qəbələ" səfərdə "Krasnodar"a uduzub - 1:2.
Fanat.az