UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup oyunlarının 2-ci mərhələsində növbəti oyunlarını keçirən "Qarabağ" və "Qəbələ" Azərbaycanın siyahıda irəliləməsinə səbəb olub.
Belə ki, "Qarabağ"ın qələbəsi aktivimizə 0.500 xal qazandıraraq, xallarımızın sayını 3,875-ə çatdırıb. Hazırda ölkəmiz 26-cı pillədə qərarlaşıb.
Fanat.az