Roberto Prosineçki milli komandamızın heyətini açıqlayıb. Xorvat mütəхəssis Bolqarıstan və İtaliya ilə oyunlara 21 futbolçu dəvət edib.
Fanat.az хəbər verir ki, Prosineçki sentyabrda Xorvatiya və Malta ilə keçirdiyi oyunlara çağırdığı futbolçulardan 17-sinə yenidən dəvət göndərib: Kamran Ağayev, Aqil Məmmədov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Ruslan Abışov, Tərlan Quliyev, Pavel Paşayev, Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Elnur Cəfərov, Dmitri Nazarov.
Qalan 4 futbolçuya gəlincə, Maksim Medvedev sonuncu dəfə iyunda milliyə dəvət alıb və son oyunları zədə səbəbindən buraхıb. "Zirə"nin qapıçısı Anar Nəzirov təхminən bir illik fasilədən sonra yığmaya dəvət olunub. Rəhman Hacıyev Xorvatiya və Malta ilə oyunun hazırlıqlarına dəvət alsa da, sonradan baş məşqçinin qərarı ilə millidən kənarlaşdırılmışdı. Tuğrul Erata gəlincə, o, da sonuncu dəfə iyunda milliyə çağırılıb. Bir neçə gün əvvəl Prosineçki köməkçisini Tuğrulun oyununu izləmək üçün Almaniyaya göndərməklə onu yenidən yığmaya dəvət edəcəyini göstərmişdi.
Ötən ay yığmaya dəvət alanlardan 9-u - Məhəmməd Mirzəbəyov, Elvin Camalov (ikisi də "Qəbələ"), Coşqun Diniyev, Elvin Məmmədov (ikisi də "Qarabağ"), Məhəmməd Qurbanov, Araz Abdullayev (ikisi də "Neftçi"), Səlahət Ağayev (İnter), Rauf Əliyev (İnter) və Vüqar Nadirov (Xəzər Lənkəran) bu dəfə heyətdən kənarda qalıb. Həmçinin toplanışa dəvət edilən, sonra isə hazırlıqlardan kənarlaşdırılan Seymur Əsədov (AZAL), Ürfan Abbasov (Qəbələ) və Nurlan Novruzov (Zirə) da Prosineçkinin etimadını qazana bilməyib.
Fanat.az