Azərbaycan Kubokunun 2015/16 mövsümünün püşkatmasının vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, mərasim oktyabrın 7-də AFFA-nın inzibati binasında reallaşacaq və saat 12.00-da başlayacaq.
Püşkatma mərasimində 19 komanda iştirak edəcək. Turnirdə Topaz Premyer Liqasının 10 komandası ilə yanaşı, I divizionun 9 klubu da qüvvəsini sınayacaq.
I divizion təmsilçilərindən "Ağsu", "Bakılı", "Göyəzən", "Zaqatala" və "Energetik" kuboka qatılmayacaq.
Topaz Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.
I divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.
Fanat.az