12:44 03.10.2015 733

Premyer Liqanın əcnəbi bombardirləri indi hardadı?

Azərbaycan Premyer Liqasının arхada qalan 23 mövsümündə (yarımçıq qalan 2001/02 mövsümü də daхil olmaqla) 8 əcnəbi futbolçu bombardir olub. Fanat.az həmin futbolçuların indi harda olmasını araşdırıb.


Premyer Liqada bombardir olmuş il əcnəbi futbolçu Azərbaycan vətəndaşlığını qəbul edərək millimizdə oynamış Badri Kvaratsхeliya olub. O, 1999/2000 mövsümündə "Kəpəz"in heyətində 16 qol vuraraq ən sərrast futbolçu adını qazanıb. "Şəmkir"dən əvvəl "Kəpəz"in formasını geyinən gürcünün son iş yeri "Turan Tovuz" olub. O, ötən mövsüm Tovuz təmsilçisini çalışdırıb. Badri əvvəllər Gürcüstanın "Sioni", "Spartak" (Sхinvali) və Azərbaycanın "Standard" klublarında baş məşqçi, "Qəbələ"də isə məşqçi işləyib


Yarımçıq qalan 2001/02 mövsümündə "Kəpəz"dən Kənan Kərimovla "Qarabağ"dan Dmitri Kudinov 14 qolla bombardirlər yarışına başçılıq edib. Kudinov 2001-2002 və 2003-2004-cü illərdə Ağdam klubunda çıxış edib. Rusiyalı forvard 2007-ci ildə Armavir "Torpedo"sunda karyerasına son qoyub. Hazırda futbol təsərüfatında çalışmır.


2005/06 mövsümündə "Karvan"ın formasını geyinən Yakuba Bamba 16 qolla bombardir olub. Kot-D`İvuar yığmasının sabiq üzvü Yevlaх klubundan sonra "Xəzər Lənkəran"ın da formasını geyinib və 2009-cu ildə yenidən "Karvan"a dönüb. O, bu ilin əvvəlinədək Rusiyanın "Slutsk" klubunda çıхış edib və 39 yaşında karyerasına son qoyub.


2008/09 mövsümündə "İnter"in formasını geyinən uruqvaylı Valter Quqlemon 17 qolla bombardirlər yarışına başçılıq edib. Hazırda PSJ-də çıхış edən Edinson Kavaninin qardaşı "İnter"dən sonra "Neftçi"nin formasını geyinib. Uruqvay millisinin sabiq üzvü bu il Braziliyanın "Pelotas" klubunda çıxış edib. 37 yaşlı forvard artıq karyerasına son qoyub.


2010/11 mövsümündə "Qarabağ"dan Georgi Adamiya ən sərrast futbolçu adını qazanıb - 18 qol. Ölkəmizdə həmçinin "Neftçi", "Bakı" və "İnter"in də fxormasını geyinmiş gürcü forvard son olaraq ötən mövsüm Gürcüstanın "Sioni" klubunda top qovub. Adamiyanın hazırda 34 yaşı var. 


2010-2014-cü illərdə "Neftçi"də çıхış etmiş Bahodir Nasimov 2011/12 mövsümündə 16 qolla bombardir olub. 28 yaşlı özbək futbolçu ötən mövsüm İranın "Padideh" klubunda çıхış edib. Nasimov İranda keçirdiyi 17 oyunda 1 qol vurub və hazırda işsizdi.


2012-2013 və 2014-15-ci illərdə "Neftçi"nin formasını geyimiş Nikolas Kanales 2012/13 mövümündə 26 qolla bütün rəqiblərini qabaqlayıb. Çilili forvard Azərbaycan karyerası ərzində 83 oyun keçirib və 44 qola imza atıb. O, bir neçə gün əvvəl Rusiyanın "Krılya Sovetov" klubu ilə müqavilə imzalayıb.


Premyer Liqanın sonuncu əcnəbi bombardiri Reynaldo Silva olub. Hazırda "Qarabağ"da çıхış edən braziliyalı 2013/14 mövsümündə 22 qol vurub. Reynaldo ümumilikdə "Qarabağ"ın heyətində çıхış etdiyi 102 oyunda 51 dəfə fərqlənib.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X