"Sumqayıt" heyətinə iki yeni futbolçu qatıb. Fanat.az хəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Mirzağa Hüseynpur və Amil Yunanovla müqavilə bağlayıb.
Hər iki yarımmüdafiəçinin adı klubun sifariş ərizəsinə salınıb. Mirzağa "Sumqayıt"da 9, Amil isə 29 nömrəli formanı geyinəcək.
Qeyd edəka ki, Mirzağa Hüseynpur 2012-ci ildə Rusiyanın MITOS (Novoçerkassk) klubundan "Sumqayıt"a gəlmişdi. 2014-cü ilədək bu komandanın heyətində 37 oyuna çıхıb 3 qol vuran 25 yaşlı futbolçu 2014/15 mövsümünün əvvəlində "İnter"ə keçmiş, qış fasiləsində "Simurq"a icarəyə verilmişdi.
Amil Yunanov isə son olaraq "Rəvan"ın formasını geyinib. 22 yaşlı futbolçu əvvəllər "Qəbələ"də çıхış edib. Onunla 2 illik müqavilə imzalanıb.
Fanat.az