22:53 04.10.2015 862

"Qəbələ" "XL"ə toy tutdu, "Qarabağ" "İnter"dən üstün oldu

Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Hesabı 10-cu dəqiqədə meydan sahiblərindən Juninyo açıb. "Sumqayıt" 69-cu dəqiqədə Uğur Pamukun qolu ilə bərabərliyi təmin edib. 7 dəqiqə sonra qonaqlardan Slavik Alxasov qırmızı vərəqə alıb. 81-ci dəqiqədə dublunu rəsmiləşdirən Juninyo komandasını yenidən hesabda önə keçirib. 90+2-ci dəqiqədə isə Rəşad Eyyubov fərqlənərək "Kəpəz"ə 3:1 hesablı qələbə qazandırıb.

Günün ikinci oyununda "İnter"lə "Qarabağ" üz-üzə gəlib. Turun mərkəzi qarşılaşmasında 2 qol vurulub. Dani Quintananın 30-cu dəqiqədə hesabı açıb. 90+2-ci dəqiqədə hakim "İnter"in qapısına penalti təyin etsə də, Elvin Məmmədov topa dəqiq zərbə vura bilməyib. Epizodun davamında isə Reynaldo Silva fərqlənib. Bu oyunda son qol olub və 2:0 hesablı qələbə qazanan qarabağ ötən gün "Zirə"yə təhvil verdiyi turnir cədvəlinin zirvəsini geri qaytarıb. 90-cı dəqiqədə Georgi Lomaya qırmızı vərəqə alıb. 3 dəqiqə sonra isə Zurab Xizanişvili meydandan qovulub. Hər iki futbolçu hakimi təhqir etdiyinə görə meydandan qovulub.

Tura "Qəbələ" - "Xəzər Lənkəran" matçı ilə yekun vurulub. 6 qolun vurulduğu oyunda meydan sahibləri 6:0 hesablı qələbə qazanıb. Hesabı hakimin start fiti səslənən kimi Dodo açıb. İlk 10 dəqiqənin tamamında Fakundo Pereyra fərqlənib. 45-ci dəqiqədə rəqib qapısını yol tapan Aleksey Qay ilk yarının 3:0 hesabı ilə bitməsinə səbəb olub. 73-cü dəqiqədə Aleksey Antonov fərqi 4 topa çatdırıb. 6 dəqiqə sonra Fakundo Pereyra dublunu rəsmiləşdirib. Son nöqtəni isə 89-cu dəqiqədə Ermin Zets qoyub.

Qeyd edək ki, turun iki matçı ilk iki oyun günündə baş tutub. AZAL "Rəvan"ı 1:0, "Zirə" "Neftçi"ni 2:0 hesabı ilə yenib.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, VII tur

4 oktyabr
Kəpəz - Sumqayıt 3:1
Qollar: Juninyo, 10; 81. Rəşad Eyyubov, 90+2 - Uğur Pamuk, 69.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev (19. Aleksandr Sitnik, 46), 7. Juninyo, 8. Budaq Nəsirov, 10. Dario Federiko (23. Tural Nərimanov, 90+1), 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov (90. Julien Ebah, 67), 68. Rəşad Eyyubov.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 15. Azad Kərimov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov (29. Amil Yunanov, 85), 8. Nuran Qurbanov (10. Uğur Pamuk, 46), 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov (7. Pərdis Fərcad-Azad, 65), 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 21. Ramil Orucov, 23. Tural Rzayev, 39. Emin Mehdiyev.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Budaq Nəsirov, 34 (qeyri-idman hərəkəti) - Cəmil Hacıyev, 31 (qeyri-idman hərəkəti). Slavik Alxasov, 74 (qeyri-idman hərəkəti); 76 (qeyri-idman hərəkəti). Ağabala Ramazanov, 88 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Slavik Alxasov, 76.
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov. 
Gəncə şəhər stadionu. 18000 tamaşaçı.

İnter - Qarabağ 0:2
Qollar: Dani Quintana, 30. Reynaldo Silva, 90+3.
İnter: 79. Georgi Lomaya (k), 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 9. Limam Seydi (20. Yuri Fomenko, 46), 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov (10. Elnur Abdullayev, 77), 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Emilian Vila (15. Stepan Polyak, 60).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 18. Mənsur Nəhavəndi, 88. Abdulla Abatsiyev.
Baş məşqçi: Zaur Svanadze.
Qarabağ: 13. İbrahim Şehiç (k), 8. Markos Madera Migel (20. Riçard Almeyda, 67), 10. Dani Quintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 29. Raydell Pupon (9. Reynaldo Silva, 71), 23. Vladimir Dimitrovski, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl Jadeyui, 91. Coşqun Diniyev (6. Vüqar Mustafayev, 75).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 33. Eltun Turabov, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.
Qolla nəticələnməyən penalti: Elvin Məmmədov, 90+2 
Sarı vərəqələr: İlkin Qırtımov, 61 (qeyri-idman hərəkəti). Mirhüseyn Seyidov, 72 (qeyri-idman hərəkəti). Georgi Lomaya, 78 (hakim qərarına etiraz). Zurab Xizanişvili, 90 (hakim qərarına etiraz) - İlqar Qurbanov, 53 (rəqibi tutduğuna görə).
Qırmızı vərəqələr: Georgi Lomaya, 90 (hakimi nalayiq sözlərlə təhqir etdiyinə görə). Zurab Xizanişvili, 90+3 (hakimi nalayiq jestlə təhqir etdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
“İnter Arena”. 1800 tamaşaçı.

Qəbələ - Xəzər Lənkəran 6:0
Qollar: Dodo, 1. Fakundo Pereyra, 10; 79. Aleksey Qay, 45. Aleksey Antonov, 73. Ermin Zets, 89.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov (7. Ermin Zets, 78), 10. Dodo (k) (69. Aleksey Antonov, 65), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov (8. Məhəmməd Mirzəbəyov, 46), 66. Samir Zərgərov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı (5. Fərid Əsədov, 83), 12. İlyas Səfərzadə (7. Sadio Tounkara, 61), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə (32. Zaman Mirzəzadə, 80), 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 16. İbrahim Qədirzadə, 44. Yusif Həsənov, 9. Orxan Əliyev.
Baş məşqçi: Yunis Hüseynov.
Sarı vərəqələr: Ruslan Abışov, 4 (qeyri-idman hərəkəti). Arif Daşdəmirov, 56  (qeyri-idman hərəkəti). Məhəmməd Mirzəbəyov, 87 (qeyri-idman hərəkəti) - Manuel Skarlatake, 61 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

7

5

2

0

13-6

17

2

Qəbələ

7

5

1

1

16-4

16

3

Zirə

7

4

3

0

7-2

15

4

İnter

7

4

1

2

5-5

13

5

Neftçi

7

2

3

2

7-7

9

6

Kəpəz

7

2

2

3

7-7

8

7

Xəzər Lənkəran

7

1

3

3

5-11

6

8

AZAL

7

1

1

5

2-8

4

9

Sumqayıt

7

0

4

3

4-8

4

10

Rəvan

7

0

2

5

4-12

2

Bombardirlər

Aleksey Qay (Qəbələ) - 4. Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dieqo Martins (İnter), Riçard Almeyda (Qarabağ), Aleksey Antonov (Qəbələ) - 3.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X