"Qəbələ" - "Xəzər Lənkəran" matçı baş tutacaq? - VİDEO
Bu gün səhər saatlarında Qəbələdə güclü yağış və dolunun yağması, yerli komandanın "Xəzər Lənkəran"la qarşılaşmasının təxirə salınması ehtimalının olduğu barədə xəbər vermişdik.
Fanat.az sport7.az-a istinadən xəbər verir ki, artıq Qəbələdə yağıntı yoxdu və axşam saatlarında havanın yağmursuz olacağı gözlənilir. Belə olan halda oyunun baş tutmaması üçün heç bir əngəl qalmır və saat 21:00-da Qəbələ şəhər stadionunda Rəhim Həsənovun start fiti səslənəcək.