17:55 05.10.2015 507

“Xəzər Lənkəran”ın çöküşü - bu sensasiya deyil!

Bir vaxtlar "Qafqazın “Çelsi”si" adlanan “Xəzər Lənkəran” daha bir biabırçı məğlubiyyətə düçar oldu. “Qəbələ” cənublulara sözün əsl mənasında toy tutdu - 6:0. 


Düzdü, komanda heyəti gənclərdən ibarətdi, üstəlik, yeni oyunçu almaq üçün transfer qadağası var. Ancaq bütün bunlar cənublulara belə bir duruma düşməyə haqq vermir. Rəhrbərlikdən kimsə hansısa bəhanəni əlində bayraq etməyə cəhd göstərsə, “gəlin oynaya bilməyəndə deyir toyxana dardı” misalı yada düşəcək. Zatən illərdi Azərbaycan futbolunda uğur qazana bilməyən “böyük” komandaların min bəhanələri sücgəclərindən keçirərək ictimaiyyətə ötürməyə cəhd ediblər, azarkeşlərin boğazından keçirməyə çalışıblar. Nəsə, mətləbdən çox uzaqlaşamayaq.


7 oyuna yalnız bir qələbə qazanan “Xəzər Lənkəran”da işlər yaxşı getməyib. Yarandığı 11 il ərzində bircə dəfə ölkə çempionu olan komanda ətrafında söz-söhbətlər heç zaman səngiməyib. Transfer bombasıyla gündəmə gələn cənublular uğursuzluğa düçar olanda baş məşqçiləri istefaya göndərməklə işlərini bitmiş hesab edirlər. Fakt odu ki, hələ də ciddi nəticə yoxdu. Üç dəfə ölkə kubokunu başı üzərinə qaldırmaq uğur sayılmamalıdı. Nəticəni Avropa turnirlərində hansısa mərhələni keçməklə göstərmək olar ki, “Xəzər Lənkəran”ın bu məsələdə heç bəxti gətirməyib.


Böyük azarkeş kütləsinə malik olan bu komanda niyə bu durumdadı? Mətbuatı izləyənlər bilir ki, “Xəzər Lənkəran”da idarəçilik "ta bineyi qədimdən" zəif olub. Əgər bir komanda da bir yox, bir neçə nəfərin - rəhbərlikdən tutmuş, futbolçulara qədər söz sahibi olursa, o klub heç zaman uğur qazana bilməz. Əgər futbolçunun başının dəstəsi varsa, meydanda deyil, meydanda kənar "at oynadırsa", o komanda necə irəliyə gedə bilər? Bu cür məğlubiyyətlər sensasiya sayılmamalıdı. Əksi baş verərsə nonsens olar.


Yunis Hüseynovun isə hesaba görə halının pisləşməsini heç başa düşmək olmur. Baş məşqçi komandanın hansı durumda olduğunu məgər bilmirdi? Bilirdisə, niyə əsəbləşir, səhhətinə ziyan edir? Yox, əgər bilmirdisə, bu daha pisdi. 


Bir sözlə, “Xəzər Lənkəran”ın belə bir duruma düşməsi, məğlubiyyətləri qaçılmazdı. Çünki komanda sistem düzgün qurulmayıb. FIFA-nın 2 mövsümlük transfer qadağası nəyin görsənişidi? Təbii ki, düzgün qurulmayan idarəetmənin. Əgər komanda da hər şey qaydasında olsaydı, hər kəs öz görəvinin nədənini bilsəydi, cənublular belə bir duruma düçar olmazdı. Vəziyyət çox kritikdi. Bundan çıxış yolu hər şeyi sıfırdan yığmaqdadı. Əgər bir binanın özülü düzgün qoyulmayıbsa, nə qədər təmir edilsə də, bütün mümkün bərkitmə işləri yerinə yetirilsə də, bina nə vaxtsa çökəcək, bu mütləqdi və zəlzələnin olmasına ehtiyac yoxdu. “Xəzər Lənkəran” isə özülü səhv qoyulan binaya bənzəyir. Görünür, belə bir durum komandanın sahibi, iş adamı Mübariz Mənsimovu narahat etmir. Etsəydi hansısa addımlar atardı. “Palmali”nin rəhbəri hər şeydən əlini üzüb. Sadəcə pul göndərir, vəssalam... Amma hər şeyin puldan ibarət olmadığını anlamaq üçün 10 il kifayət qədər uzun zamandı. 10 ildə bunu anlamaq mümkün olmayıbsa, demək hər şeydən əlini üzmək, hər şeyə tüpürüb getmək daha yaxşıdı.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X