"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransına gəlməyib. Fanat.az xəbər verir ki, "Simurq"la oyundan sonra gürcü çalışdırıcı jurnalistlərin önünə çıxmaqdan imtina edib.
Media nümayəndələri təxminən 20-25 dəqiqə "Şəfa" stadionunun konfrans zalında onun yolunu gözləyib. Bundan sonra isə mətbuat konfransına "İnter"in məşqçisi Roman Cəfərov qatılıb. AFFA buna görə "İnter"i cərimələyəcək.
Fanat.az