AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, "Qəbələ"nin futbolçusu Sergey Zenyovun çıхış etdiyi Estoniya millisi İngiltərənin qonağı olub.
Londondakı "Uembli" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin futbolçusu start heyətində yer alıb və sonadək meydanda olub.
Fanat.az