"Real Madrid"in transfer gündəmində olan Luis Suarez "Liverpul"da çox xoşbəxt olduğunu və bu an üçün ayrılmağı düşünmədiyini deyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, geridə buraxdığımız mövsümdə Qonzalo Higuain və Karim Benzemadan istədiyi səmərəni görə bilməyən "Real Madrid" uzun müddətdir arxasında olduğu Radamel Falcaonun "Monaco"ya transferindən sonra üzünü İngiltərəyə çevirdi.
Madriddən hər hansı bir təklif almadığını ifadə edən Suarez ""Real Madrid"ə xeyr demək əlbəttə çətin olar. Belə bir vəziyyət olsa bütün uruqvaylıların xoşuna gələr, amma "Real Madrid"dən bir təklif almamışam. Transfer mövzusunu Brendan Rodgers ilə də danışdım. Vəziyyətimi ən yaxşı anlayan və bilən adam odur", deyib.
İdman24.az