22:12 12.10.2015 571

"Azərbaycanın sürpriz etməsinə imkan verməməliyik" - İvaylo Petev

Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində son matçını sabah Bolqarıstan yığmasına qarşı keçirəcək. Fanat.az xəbər verir ki, ev sahibinin baş məşqçisi İvaylo Petev qarşılaşmadan bir gün öncə mətbuat konfransında iştirak edərək, media nümayəndələrinin suallarını cavablandırıb:


"Bu seçmə bizim üçün uğursuz alındı. Qrupda güclü rəqiblərlə mübarizədə istədiyimiz nəticələri qazana bilmədik. Ona görə də, turnir hədəfləri bizim üçün əlçatmaz oldu. Biz yeni komanda qurmağa başlamışıq. Gənc futbolçulara güvənirik. İşin pis tərəfi odu ki, həmin gənclər öz komandalarında da əsas heyətdə oynamırlar, bu səbəbdən də oyun praktikası yoxdu”.


- Sizin üçün Bolqarıstanın 4-cü yer tutması nə qədər vacibdi?

- 4-cü yer bizə heç nə vermir. Əsas olan Azərbaycanla oyunu yaxşı səviyyədə keçirməyimiz, azarkeşləri sevindirməyimizdi. Bunun üçün də qələbə qazanmaq istəyirik.


- Siz işə başlayanda məqsədimiz azı pley-offa çıxmaqdı demişdiz. İndi nə deyəcəksiz?

- İstənilən mütəxəssis qarşısına yüksək hədəflər qoyur. Biz də bu cür etdik. Təəssüf ki, istədiyimizi həyata keçirə bilmədik. Gənc futbolçular və ümumilikdə, bolqar futbolunun səviyyəsi bizim işimizi çətinə saldı. Düşünürəm ki, qırılma anı Norveçlə oyunlar oldu. Artıq gələcəyə baxırıq.


- Xorvatiya ilə oyunda kobud səhvlərə yol verənlər bu dəfə də heyətdə olacaqlarmı?

- Yox, qəti şəkildə deyə bilərəm ki, milliyə layiq olmayanlar, fikirlərimə uymayanlar heyətdə olmayacaqlar.


- Azərbaycanla oyunda eksprement edəcəyinizi demişdiz. Rəqibi necə qiymətləndirərdiz?

- Hələ Zaqrebdə eksprementə başlamışıq. Sabah bu davam edəcək. Azərbaycan futbolu inkişafdadı. Ona görə də rəqibi yüksək qiymətləndiririk. Ümid edirəm ki, sabah bizi maraqlı oyun gözləyir.


- Azərbaycan millisində Berti Foqtsu istefaya göndərdilər. Sizin gələcək taleyiniz sabahkı oyunun nəticəsindən asılıdımı?

- Mən hələ öz gələcəyimi düşünmürəm. Əsas olan sabahkı oyundakı nəticədi. Qalan məsələləri sonra müzakirə edəcəyik.


- Siz Azərbaycan futbolunun inkişafda olduğunu dediz. Sabah rəqib bizdən üstün görünə bilərmi? 

- Biz oyuna tam olaraq köklənməliyik. Əlbəttə ki, onların da güclü tərəfləri var. Azərbaycanın bizə sürpriz etməsinə imkan verməməliyik.


- Sizə "Qəbələ”dən təklif var idi. Niyə alınmadı?

- "Qəbələ”ni təbrik edirəm, böyük uğurlar qazanıb. Bu haqda danışmaq istəmirəm. Artıq keçmişdə qalıb.


- Cənab Petev, siz keçən oyunda məsuliyyəti üzərinizə götürdüz. Bu sabah da təkrarlana bilərmi?

- Mən keçən oyunu ətraflı analiz etmişəm və səhvləri görmüşəm. Əlbəttə ki, nəticə üçün mən məsuliyyət daşıyıram. Onlar öz bacarıqlarını 100 faiz meydanda qoymalıdılar. Belədə, nəticə də ürəkaçan olacaq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Futbolda səhvlər də qaçılmazdı. Mən komandanı qəbul edəndə futbolçularda ruh düşkünlüyü vardı. Artıq ciddi xal itkiləri baş vermişdi. Qısa müddətdə çox şeyi dəyişməliydik. Buna məsuliyyətlə çalışırıq.


- Federasiya rəhbərliyi sizi dəstəkləyirmi?

- Rəhbərlikdən indiyə qədər dəstək görmüşəm. Amma gələcəklə bağlı qəti nəsə deyə bilmərəm.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X