Madrid “Atletiko”su “Land of fire Azerbaijan” forması altında oyunlara çıxdıqdan sonra İspaniya, o cümlədən Avropa ölkələrində yaşayan insanların Azərbaycana marağı daha da artıb. Bu sözləri Qol.Az saytına açıqlamasında “Atletiko”nun məsləhətçisi İqnasio Aquillo məlumat verib.
O deyib ki, “Bakı” klubunun təşəbbüsü ilə həyata keçən bu proyekt Azərbaycanda turizmin daha da inkişafına yardım edəcək.
Qeyd edək ki, bu layihədən sonra ölkəmizə marağı yarananlar arasında ulduz futbolçular da var. Onlardan sırasında son mövsümü “Atletiko”da keçirən Radamel Falkao da var. Artıq kolumbiyalı futbolçu bu yay həyat yoldaşı ilə birgə Azərbaycanda istirahət etməyə gələcəyini söyləyib.
Yeri gəlmişkən, ulduz futbolçunun ölkəmizə ikinci səfəri olacaq. Bundan əvvəl o, aprelin sonlarında Madrid "Atletiko"sunun tərkibində "Bakı" ilə yoldaşlıq oyununda iştirak etmək üçün Azərbaycanda olmuşdu.
İdman24.az