12:53 17.10.2015 612

"Sayılmayan qollar bizə qələbə gətirə bilərdi" - Dodo

“Qəbələ”nin “10 nömrəsi”, oktyabrın 16-da 28 yası tamam olan Dodo dogum günü ərəfəsində "Qəbələ İK" qəzetinə müsahibə verib. O, həm özünün, həm də komandamızın ugurlu çıxısından danışıb.

- Son 2 ayda həm Avropa Liqasında, həm də çempionatda vurduğun vacib qollarla gündəmdəsən. Məhsuldar oyununu nəylə əlaqələndirərdin?
- Qol vurmaq ampluamın tələbidi. Məhsuldar oyunumda baş məşqçimiz Roman Qriqorçukun əməyi böyükdü. O, mənə çox dəstək verir. Qriqorçukun istəklərini meydançada həyata keçirməyə çalışırıq. Hər dəfə bunu yaxşılaşdırıb, vurduğumuz qolları sıralamağa səy göstəririk.

- “Qəbələ”də ilk illərdə oynadığın mövqeyə - yarımmüdafiənin sol cinahına qayıtmısan. Üstəlik, kapitan sarğısı yenidən sənə həvalə olunub. Güman ki, bunlar da oyununa müsbət təsir göstərir?
- Hər bir futbolçuya öz mövqeyində oynamaq daha xoşdu. Çünki orada özünü rahat hiss edir. Düzdü, “Qəbələ”də yarımmüdafiənin mərkəzində, sağında da oynamışam. Ancaq sol cinah mənə doğmadı, orada oyunum daha yaxşı alınır. Kapitanlığa gəlincə, komanda yoldaşlarım mənə əvvəl də hörmət bəsləyirdi. Baş məşqçimizin sayəsində komandamız mehriban bir ailə kimidi.

- “Qəbələ”yə gələnədək, 2010/11 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamısan. Bu Zaqreb “Dinamo”sunun heyətində olub. Maraqlıdı ki, rəqiblərinizdən biri də PAOK olub.
- Bəli. PAOK-la yanaşı qrupda “Vilyarreal” və “Brügge” ilə də mübarizə aparırdıq. Ancaq PAOK-a qarşı heç bir matçda oynamadım. Yunanıstana aparılsam da, baş məşqçi adımı “18-liy”ə daxil etmədi.

- Səncə, o vaxtkı PAOK güclü idi, yoxsa indiki?
- Əminliklə deyirəm, əvvəki PAOK indikindən qat-qat güclü idi. Bu komandaya evdə məğlubiyyət bizi 1/16 finaldan kənarda qoydu.

- Bəs səncə, “Qəbələ” qrupdan növbəti mərhələyə adlaya biləcəkmi?
- Qrupda komandalar arasında xal fərqi böyük deyil. Doğrudu, hər kəs favorit kimi Dortmund “Borussiya”sını göstərsə də, fikrimcə, biz də çoxlarını təəccübləndirməyə qadirik. Bunu qrupa düşməklə artıq etmişik. 1/16 finala çıxmaqla növbəti tarixi nəticəyə imza ata bilərik. PAOK-la oyunda çoxlu qol imkanını boşa verdik. “Krasnodar”la matçda isə idman xoşbəxtliyi bizdən üz döndərmişdi.

- Həmin oyunda 3 qol vursan da, baş hakim bunun 2-ni saymadı.
- Əlbəttə, bu, mənə çox pis təsir etdi. Halbuki, sayılmayan qollar bizə qələbə gətirə bilərdi. Qol epizodlarından birinin yanlış olaraq, oyundankənar vəziyyət kimi qeydə alınmasını xüsusi qeyd edərdim. Neyləyə bilərik, mübarizə davam edir.

- “Xəzər Lənkəran”la oyunda 8-ci saniyədə fərqlənməklə milli çempionatımızın tarixində ən erkən qol müəllifi kimi rekordçu oldun. Bu şəxsi nailiyyət sənin üçün nə deməkdi?
- Əlbəttə, mənim üçün çox sevindiricidi. Baş məşqçimizin tələbi də odu ki, oyun başlayarkən rəqibi sıxışdıraraq topu qəbul edər-etməz hücum quraq. Yaxşı xatırlayıram. Fakundo Pereyradan ötürmə aldım və sürətlə boş zonaya girib topu “çərçivə”yə göndərdim. Topun qapıçının qolunun altından keçdiyi də yadımdadı. Sonra görürəm, hamı qola sevinir və məni təbrik edir. Rekordçu kimi tarixə düşmək hər zaman xoşdu.

- Maraqlıdı, karyeranda belə erkən qol vurmuşdun?
- “Dinamo”da oynadığım dövrdə də bir dəfə ilk dəqiqədə qol vurmuşdum. Sadəcə, bu, 8-ci yox, 45-ci saniyədə olmuşdu. “Qəbələ”də vurduğum tarixi qol mənə çox təsir edib. Gündə, azı, 10 dəfə həmin epizoda baxıram. Xanımım deyir ki, bir qola nə qədər baxmaq olar? Hələ də onun təsiri altındayam. Bu qol məni çox ruhlandırıb.

- “Qəbələ”də 4 il birgə oynadığın hücumçu Viktor Mendinin yoxluğu sənə necə təsir edir?
- Mendinin yoxluğunu hiss edirəm. Çünki birgə oynayanlara daim kömək edir, digər hücumçuların da fərqlənməsinə çalışırdı. Qriqorçuk onu indi də nümunə göstərir, hər iclasda oyununu qeyd edir.

- Digər tərəfdən, Mendinin gedişi sənə “Qəbələ” nin yeni bombardiri olmağa imkan verib.
- Dostluq ayrı, vəzifə borcu ayrı. İstəyirəm ki, Viktoru həm də qol sayında üstələyərək “Qəbələ”nin yeni bombardiri olum.

- Komandaya gəldiyin 2011-ci ildə işıq üzü görən “Qəbələ İK”nın 100-cü sayıdır. Həmin vaxtdan “Qəbələ”də qalan yeganə futbolçu kimi təbrikini, arzularını bilmək istərdik.
- “Facebook”dakı çoxlu dostlarım arasında "Qəbələ İK" da var. Qəzetdəki məlumatlarla Braziliyada, Almaniyada, müxtəlif ölkələrdəki izləyicilərim tanış olurlar. Kollektivinizi səmimi qəlbdən təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Arzum budu ki, daha uzun müddət birgə işləyək və mən də gələcəkdə Azərbaycan dilini öyrənərək qəzetinizi sərbəst oxuyum.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:20

Azərbaycanın U-18 yığması AÇ-niun pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X