21:52 18.10.2015 668

"Xəzər Lənkəran" qara zolaqdan çıxdı, "İnter" büdrədi

Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Fanat.az хəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə meydana "Xəzər Lənkəran"la AZAL çıxıb. Hesabı 19-cu dəqiqədə Kamran Abdullazadə açıb. 32-ci dəqiqədə Murad Səttarlı tarazlığı bərpa edib. 65-ci dəqiqədə Sadio Tounkara "Xəzər Lənkəran"ı yenidən hesabda önə keçirib. 90-cı dəqiqədə dublunu rəsmiləşdirən Kamran Abdullazadə matçın hesabını müyyənləşdirib. Bununla da "Xəzər Lənkəran" iki məğlubiyyədən sonra qələbə qazanmaqla yanaşı, 6 oyunluq qələbəsizliyə son qoyub. Lənkəranlılar I turda "İnter"i yendikdən sonra qələbəyə həsrət qalmışdı. "Ağ-yaşıllar" bu müddətdə 3 heç-heçə edib və 3 dəfə məğlub olub.

Turun son oyununda "Sumqayıt" "İnter"i qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri 10-cu dəqiqədə hesabı açıb. "Sumqayıt"ı Pərdis Fərcad-Azad sevindirib. "İnter" buna 36-cı dəqiqədə Nika Kvekveskirinin qolu ilə cavab verib. Bundan sonra qol vurulmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ilk iki gündə 3 oyun baş tutub. "Kəpəz "Rəvan"ı 2:0, "Qəbələ" "Neftçi"ni 1:0, "Qarabağ" "Zirə"ni 4:1 hesabı ilə yenib.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, VIII tur

18 oktyabr 
Xəzər Lənkəran - AZAL 3:1
Qollar: Kamran Abdullazadə, 19; 90. Sadio Tounkara, 65 - Murad Səttarlı, 32.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara (5. Fərid Əsədov, 85), 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı (32. Zaman Mirzəzadə, 90+2), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə.
Baş məşqçi: Yunis Hüseynov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 6. Tagim Novruzov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 10. Nuqzar Kvirtiya, 14. İlqar Ələkbərov (k), 19. Məhəmməd Bədəlbəyli, 21. Murad Səttarlı (28. Müşfiq Teymurov, 79), 24. Emin Cəfərquliyev, 27. Aleksandr Quruli (7. Tərlan Xəlilov, 75).
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 5. Kamil Hüseynov, 11. Ruslan Nəsirli, 22. Kənan Mirzəyev, 50. Sənan Məmmədli.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Rahid Əmirquliyev, 49 (qeyri-idman hərəkəti). Elnur Cəfərov, 70 (hakimi aldatmağa cəhd) - İlqar Ələkbərov, 45 (qeyri-idman hərəkəti). Nuqzar Kvirtiya, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 5000 tamaşaçı.

Sumqayıt - İnter 1:1
Qollar: Pərdis Fərcad-Azad, 10 - Nika Kvekveskiri, 36.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev (94. Tərlan Əhmədli, 81), 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad (99. Əli Əlimərdanlı, 90+3), 10. Uğur Pamuk, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev (9. Mirzağa Hüseynpur, 72), 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 22. Tofiq Mikayılov, 27. İsmayıl Babayev.
Baş məşqçi: Samir Abasov.
İnter: 96. Elşən Poladov (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak (9. Limam Seydi, 81), 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins (3. Xuan Fransisko, 90+3), 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev (30. Abbas Hüseynov, 66).
Ehtiyat oyunçular: 91. Şahin Zəkiyev, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 77. Emilian Vila.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Emin Mehdiyev, 27 (qeyri-idman hərəkəti) - Abdulla Abatsiyev, 41 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Elnur Abdullayev, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Kapital Bank Arena". 1000 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

8

6

2

0

17-7

20

2

Qəbələ

8

6

1

1

17-4

19

3

Zirə

8

4

3

1

8-6

15

4

İnter

8

4

2

2

6-6

14

5

Kəpəz

8

3

2

3

9-7

11

6

Neftçi

8

2

3

3

7-8

9

7

Xəzər Lənkəran

8

2

3

3

8-12

9

8

Sumqayıt

8

0

5

3

5-9

5

9

AZAL

8

1

1

6

3-11

4

10

Rəvan

8

0

2

6

4-14

2

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 5. Aleksey Antonov (Qəbələ), Aleksey Qay (Qəbələ), Samuel Armenteros (Qarabağ) - 4.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:20

Azərbaycanın U-18 yığması AÇ-niun pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X