"Qəbələ" - "Borussiya" (Dortmund) oyununun biletləri satışa çıarılıb.
Fanat.az xəbər verir ki, qarşılaşmanı canlı izləmək istəyənlər biletləri "Bakcell Arena"nın kassalarından əldə edə bilər. Biletlərin qiymətləri 3, 5, 10 və 20 manatdı.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu "Bakcell Arena"da baş tutacaq.
Fanat.az