“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə oyununa hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” III tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.
Topaz Premyer Liqasının VIII turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçuların dünənki məşqi iki qrupda gerçəkləşib.
“Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. "Qəbələ"nin bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Fanat.az