AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə 3 komandaya teхniki məğlubiyyət verib.
U-10 Liqasında “Təhsil TİM” (Gəncə) - “Ümid TİM” (Gəncə) oyununda meydan sahiblərinin heyəti yetərli olmayıb. U-14 Liqasında “Dinamo” UGİM-lə (Neftçala), U-15 Liqasında AZAL "Qəbələ" ilə oyunda iştirak etməyib. Hər 3 kluba 0:3 hesablı teхniki məğlubiyyət verilib.
U-15 Liqasının “Bakı” - “Zirə” matçında isə meydan sahiblərinin futbolçusu Rəşad İsgəndərov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 4 oyunluq cəzalandırılıb.
Fanat.az