Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel Bakıda mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, alman mütəxəssis sabah "Qəbələ"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib:
"Rəqibdən hər hansı bir futbolçunun adını çəkmək düz deyil. Biz rəqibi təhlil etmişik. "Krasnodar"la oyuna da baxmışıq və "Qəbələ" kifayət qədər güclüdür. Çalışacağıq ki, sabahkı oyunda qələbə qazanaq.
Təbii ki, həyacanlıyıq. Rəqibin kimliyindən asılı olmayaraq, həyəcan olur. Rəqibə hörmətlə yanaşırıq. Biz sabah əlimizdən gələni etməyə çalışacağıq. Özümüzə inanırıq və məqsədimiz var. Gərək rəqibə qarşı diqqətli olaq. Topla yaxşı oynamalıyıq.
Təəssüflər olsun ki, Henrix Mxitaryan siyasi məsələlərlə bağlı Bakıya gəlmədi. Həm idman, həm də insani keyfiyyətləri olan bir futbolçumuzu bu oyunda itirdik. Ancaq onun əvəzində Hofmann olacaq və ən azından həmin boşluğu doldurmağa çalışacağıq".
Fanat.az