“Borussiya”nın futbolçusu Yonas Hofmann "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, bu gün Bakıda keçirilən mətbuat konfransına qatılan alman futbolçu bunları deyib:
"Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı qərar verilib. Qərar belədi və biz buna hörmətlə yanaşırıq. Bu qərar klub tərəfindən birlikdə qəbul olunub. İki ölkə arasındakı münaqişəni nəzərə alaraq, belə qərara alındı ki, o, ölkədə qalsın və Bundesliqa oyununa hazırlaşsın. Baxmayaraq ki, "Qəbələ" güclü rəqibdi.
Rəqibi analiz etmişik. "Qəbələ" öz çempionatında ikinci yerdədi və Avropa Liqasında ikinci pillədədi. Bu oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, topa nəzarət edək və aqressiv oyun oynayaq. Bu oyunda 3 xal üçün meydana çıxacağıq ki, lazımlı nəticəni əldə edək. Baxmayaraq ki, ilk 20-30 dəqiqədə çətinlik çəkirik. Amma istədiyimiz oyunu nümayiş etdirməyə çalışacağıq.
Sabahkı matçda meydana çıxsam, əlimdən gələni edəcəm. Keçən mövsüm zədəli oldum. Amma bu mövsüm komandaya lazımi qədər kömək edəcəm. İnanıram ki, sabah 3 xal qazanıb, Almaniyaya qələbə ilə qayıdacağıq”.
Fanat.az