Roman Qriqorçuk "Zirə" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi bunları deyib:
“Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq, çünki vaxtımız çox azdı. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdü, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə məncə, olmaz”.
Fanat.az