"Qəbələ"nin uğurlu seriyası qırılıb. Fanat.az xəbər verir ki, ardıcıl 21 çempionat oyununda qol vuran və dalbadal 4 matçda qələbə qazanan "qırmızı-qaralar" "Zirə" ilə ötən turun oyununda meydanı qolsuz heç-heçə ilə tərk edib.
Ardıcıl 5-ci dəfə qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnının Premyer Liqadakı quru seriyası isə 637-yə çatıb.
Qeyd edək ki, Premyer Liqanın IX turunda keçirilmiş "Qəbələ" - "Zirə" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.("Report")
Fanat.az