20:54 28.10.2015 782

"Xəzər Lənkəran"la "Neftçi"nin çöküşü davam edir

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib. Fanat.az хəbər verir ki, X turun bütün oyunları eyni gündə baş tutub.

"Qəbələ" AZAL-ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.

"Xəzər Lənkəran" "Sumqayıt"ı qəbul edib. Hesabı 7-ci dəqiqədə qonaqlardan Tofiq Mikayılov açıb. "Sumqayıt" 37-ci dəqiqədə fərqi artırıb. Bu dəfə sabiq "Xəzər Lənkəran"lı Ağabala Ramazanov fərqlənib. Meydan sahiblərinin gücü 88-ci dəqiqədə Rahid Əmirquliyevin təsəlli qoluna çatıb.

"Kəpəz" isə debütant "Zirə"nin qonağı olub. Hesabı 16-cı dəqiqədə Bəxtiyar Soltanov açıb. "Zirə" buna 28-ci dəqiqədə Nelson Bonillanın qolu ilə cavab verib. Bonilla 9 dəqiqə sonra dublunu rəsmiləşdirib. 58-ci dəqiqədə qırmızı vərəqə alan Sadiq Quliyev "Zirə"ni azlıqda qoyub. Say üstünlüyündən yararlanan "Kəpəz" 74-cü dəqiqədə Juninyo qolu ilə bərabərliyi təmin edib. 86-cı dəqiqədə "Zirə"dən daha bir futbolçu - Aleksandr Şemonayev qırmızı vərəqə alıb. 

"Qarabağ" "Rəvan"ı qəbul edib. Son çempion ev oyununda minimal hesablı qələbə qazanıb - 1:0. "Qarabağ"ın qoluna 
36cı dəqiqədə Vüqar Mustafayev imza atıb.

"Neftçi" isə "İnter"i sınağa çəkib. Hesabı 35-ci dəqiqədə penaltidən Ruslan Qurbanov açıb. "İnter" buna 86-cı dəqiqədə Nizami Hacıyevin qolu ilə cavab verib - 1:1. Bununla da "Neftçi"nin qələbəsiz oyunlar seriyası 6-ya çatıb.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, X tur

28 oktyabr
Xəzər Lənkəran - Sumqayıt 1:2
Qollar: Rahid Əmirquliyev, 88 - Tofiq Mikayılov, 7. Ağabala Ramazanov, 37.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev (11. Kazım Kazımlı, 45), 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov (5. Fərid Əsədov, 82).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 32. Zaman Mirzəzadə, 99. Mahsum Qəmbərli.
Baş məşqçi: Yunis Hüseynov.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk (8. Nuran Qurbanov, 56), 13. Murad Ağayev (24. Amit Quluzadə, 82), 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (23. Tural Rzayev, 66), 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 9. Mirzağa Hüseynpur, 27. İsmayıl Babayev, 29. Amil Yunanov.
Baş məşqçi: Samir Abbasov.
Sarı vərəqələr: Elvin Mirzəyev, 21 (qeyri-idman hərəkəti). Kamran Abdullazadə, 44 (qeyri-idman hərəkəti). Sadio Tounkara, 79 (qeyri-idman hərəkəti). Manuel Skarlatake, 87 (qeyri-idman hərəkəti) - Emin Mehdiyev, 75 (qeyri-idman hərəkəti). Nuran Qurbanov, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu. 1200 tamaşaçı.

Zirə - Kəpəz 2:2
Qollar: Nelson Bonilla, 28; 37 - Bəxtiyar Soltanov, 16. Juninyo, 74.
Zirə: 1. Anar Nəzirov, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 11. Viktor İbekoyi (33. Dieqo Souza, 56), 13. Aleksandr Şemonayev, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 32. Luis Alberto Diez (8. Tərzin Cahangirov, 62), 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 9. Nelson Bonilla (7. Rihairo Meulens, 77).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 66. Eduardo Makiel, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Kəpəz: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 7. Juninyo (6. Ceyhun Cavadov, 85), 8. Budaq Nəsirov, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 19. Aleksandr Sitnik (90. Julien Ebah, 46), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov (80. Tural Rzayev, 77), 68. Rəşad Eyyubov.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Çimezi Mbah, 41 (qeyri-idman hərəkəti). Aleksandr Şemonayev, 87 (qeyri-idman hərəkəti); 87 (hakim qərarına etiraz). Adil Nağıyev, 89 (qeyri-idman hərəkəti). Kamal Bayramov, 90+3 (qeyri-idman hərəkəti) - Bəxtiyar Soltanov, 41 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Sadiq Quliyev, 58 (rəqibi ayaqla vurduğuna görə). Aleksandr Şemonayev, 87.
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Zirə İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.

Qəbələ - AZAL 0:0
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub (19. Aleksey Qay, 46), 20. Rikardinyo, 32. Fakundo Pereyra (9. Sergey Zenyov, 57), 66. Samir Zərgərov (70. Vaqif Cavadov, 75), 69. Aleksey Antonov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 9. Aydın Qasımov (19. Məhəmməd Bədəlbəyli, 81), 10. Nuqzar Kvirtiya, 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı (28. Müşfiq Teymurov, 88), 22. Kamal Mirzəyev, 24. Emin Cəfərquliyev, 27. Aleksandr Quruli (7. Tərlan Xəlilov, 24).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 11. Ruslan Nəsirli, 5. Kamil Hüseynov, 20. İsmayıl İbrahimli.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Nuqzar Kvirtiya, 68 (qeyri-idman hərəkəti). Kamal Mirzəyev, 83 (qeyri-idman hərəkəti). Müşfiq Teymurov, 90 (qeyri-idman hərəkəti). Stanislav Namaşko, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov. 
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. 1050 tamaşaçı.

Qarabağ - Rəvan 1:0
Qol: Vüqar Mustafayev, 36.
Qarabağ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov (2. Qara Qarayev, 79), 67. Əl Hərbi əl Jadeyui, 70. Çumbinyo (10. Dani, 62), 90. Samuel Armenteros (29. Raydell Pupon, 64).
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Rəvan: 32. Kostantin Maxnovski, 6. Vüqar Bəybalayev, 7. Elvin Həsənəliyev (22. Məhəmməd Alıyev, 80), 8. Məmməd Quliyev, 11. Şerif Suma, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov, 21. Novruz Məmmədov, 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov (13. Cəmşid Məhərrəmov, 66).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Yamin Ağakərimzadə, 40 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 77 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 350 tamaşaçı.

Neftçi - İnter 1:1
Qollar: Ruslan Qurbanov, 35-pen - Nizami Hacıyev, 86.
Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Melli, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov (10. Cavid İmamverdiyev, 78), 15. Erik Ramos, 17. Rəhman Hacıyev (18. Kaue da Silva, 90), 19. Fəhmin Muradbəyli, 20. Anete, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 26. Kamal Qurbanov, 22. Mirabdulla Abbasov, 95. Elvin Bədəlov, 33. Orxan Bəşirov.
Baş məşqçi: Samir Əliyev.
İnter: 1. Səlahət Ağayev, 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 17. Mirsahib Abbasov (77. Emilian Vila, 68), 20. Yuri Fomenko (15. Stepan Polyak, 56), 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov (8. Nizami Hacıyev, 82), 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 2. Sərtan Taşkın, 9. Limam Seydi, 10. Elnur Abdullayev.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Erik Ramos, 39 (oyunun bərpasını gecikdirdiyinə görə). Aqil Məmmədov, 52 (oyunun bərpasını ləngitdiyinə görə). Fəhmin Muradbəyli, 63 (hakimi aldatmağa cəhd). Aylton Silva, 90+1 (bilərəkdən əl ilə oyun) - Abbas Hüseynov, 34 (qeyri-idman hərəkəti). Abdulla Abatsiyev, 90+2 (qeyri-idman hərəkəti). Laşa Salukvadze, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Bakcell Arena”. 500 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

10

7

2

1

18-8

23

2

Qəbələ

10

6

3

1

17-4

21

3

İnter

10

5

3

2

9-7

18

4

Zirə

10

4

5

1

10-8

17

5

Kəpəz

10

4

3

3

12-9

15

6

Sumqayıt

10

2

5

3

8-10

11

7

Neftçi

10

2

4

4

9-11

10

8

Xəzər Lənkəran

10

2

3

5

9-15

9

9

AZAL

10

2

2

6

5-12

8

10

Rəvan

10

0

2

8

4-17

2

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 5. Aleksey Antonov (Qəbələ), Aleksey Qay (Qəbələ), Samuel Armenteros (Qarabağ), Juninyo (Kəpəz), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 4.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X