Tərlan Əhmədov AZAL-la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi bunları deyib:
"Həqiqətən də ağır oyun idi. Evdə oynayan “Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə “Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidi. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”.
Fanat.az