18:00 02.09.2013 727

103 günlük seriyaya son

Topaz Premyer Liqasının V turunda "Rəvan" "Sumqayıt" ilə qarşılaşdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyun Bakı klubu üçün uğurlu oldu və cari mövsümdə ilk qələbəmizə sevindi. Tarixi ərzində 125-ci oyuna çıxan "Rəvan" 55-ci qələbəsini qazandı. Sırf Premyer Liqada isə bu göstərici 69 oyuna 33 qələbədən ibarətdi.

Maraqlıdı ki, Premyer Liqada ardıcıl 3-cü mövsümünü keçirən "aslanlar" hər dəfə ilk qələbə həsrətini 1 tur azaldır. Belə ki, 2011/12 mövsümündə ilk zəfər 7-ci turda (Turan - 1:0) əldə olunmuşdusa, ötən "futbol ili"ndə 6-cı turda ilk 3 xalı qazanmışdı (Qəbələ - 3:1). Bu dəfə isə 5-ci turda "siftə" etdi. Ən maraqlısı da odu ki, bütün hallarda ilk qələbə səfər oyununda əldə olunub.

"Sumqayıt" ilə 11-ci dəfə üz-üzə gələn "Rəvan" 8-ci qələbəsini bayram etdi. Qeyd etmək yerinə düşər ki, ötən mövsümün sonlarına doğru keçirilən və komanda turnir cədvəli baxımından heç bir önəm vermədiyi görüşü çıxmaq şərti ilə bu rəqibi bütün səfər oyunlarında udmuşdu. Özü də hamısını 1:0 hesabı ilə. I divizionda 1 dəfə belə hala rast gəlinibsə, Premyer Liqada artıq 4-cü anoloji hadisə yaşandı.

Sumqayıtda qələbə həsrətinə son qoyan "Rəvan" həm də 103 günlük seriyaya son qoydu. Çünki komanda çempionatda son qələbəsini ötən mövsümün son oyununda - Lənkəranda "Xəzər Lənkəran" ilə görüşdə əldə etmişdi. Mayın 20-si baş tutan o qarşılaşmadan sonra isə cari mövsümün ilk 4 matçında qələbəyə həsrət qalmışdı. Nəhayət ki, uğursuz seriyanı dayandıra bildi.

Artıq 26 oyundu heç-heçə etməyən "Rəvan"da yeganə qolun müəllifi olan Kamil Nurəhmədov klub tarixinə Premyer Liqada klubun forması ilə qol vurmuş 23-cü futbolçu kimi düşdü. Hesabında 1 qol olan Kamil Şəhriyar Rəhimov, Şerif Suma, Amid Hüseynov, Sallieu Bundu, Ayaz Mehdiyev, Vüsal Qarayev və Sebastian Kastro-Telyo ilə bərabər durumdadı. Premyer Liqada komandanın heyətində ən çox qol vuran futbolçu isə Xuan Manuel Vareadı - 14 qol.

Onu da qeyd edək ki, "Sumqayıt"la oyun "Rəvan"ın yeni transferləri - Aqil Nəbiyev və Cəmşid Məhərrəmov üçün debüt matçı oldu. Onlar Premyer Liqada "Rəvan" forması geyinmiş uyğun olaraq 64-cü və 65-ci oyunçu kimi tarixə düşdülər. Bu baxımdan lider artıq komandadan ayrılmış Samuel Barlaydı - 56 oyun. O, sıralamada artıq "Rəvan"da olmayan Tural Axundovu (55) və hazırkı "17" nömrə Ramazan Abbasovu (50) qabaqlayır.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2024
00:53

AÇ-2024: İngiltərə və İspaniya 1/4 finalda

00:20

İngiltərə – Slovakiya matçının ən yaxşısı bəlli oldu

30 İyun 2024
22:08

Elnur Əşrəfoğlunun xatirəsinə həsr edilmiş matç keçirildi -FOTOLAR

21:47

Formula-1: Avstriya "Qran-pri"sinin qalibi məlum oldu

21:00

Diakabi "Qarabağ"ı Türkiyə klubuna dəyişdi

20:15

Millimizin üzvü yenidən bu ölkədə legioner həyatı yaşayacaq- Özü açıqladı

19:34

İtaliya nəhəngi braziliyalı futbolçu ilə gücləndi- RƏSMİ

18:53

İtaliya Futbol Federasiyası Spaletti ilə bağlı qərarını verdi: "Bu,fəlakət olacaq"

18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:57

İPL təmsilçisi klub tarixinin ən bahalı transferini reallaşdırdı- MƏBLƏĞ

17:29

Azərbaycan birinciliyinin qalibləri müəyyəndi

17:00

"Napoli"də "yarpaq tökümü" - RƏSMİ

16:21

"Turan Tovuz"da yeni müqavilə

15:36

Madrid nəhəngi 4 futbolçusu ilə yollarını ayırdı -RƏSMİ

14:40

"Biz doğrudanmı beləyik?" - Donnarumma

13:24

"Şamaxı"da müdafiəçisi ilə vidalaşdı

12:53

Argentina pley-offa Messisiz yüksəldi

11:40

"Çox qəribə matç oldu" - Almaniya millisinin baş məşqçisi

11:00

AÇ-2024: Nəticələr və təqvim

10:29

Azərbaycan güləşçisi Avropa çempionu oldu

10:02

Günün oyunları bu kanallarda - AFİŞA

09:30

Almaniya – Danimarka matçının ən yaxşı oyunçusu bilindi

01:18

AÇ-2024: İsveçrə və Almaniya 1/4 finalda

29 İyun 2024
22:51

İsveçrə - İtaliya matçının ən yaxşı oyunçusu bilindi

21:14

Azərbaycan millisinin üzvü "Neftçi"də -RƏSMİ

20:51

"Qarabağ" Zubirlə yeni müqavilə imzaladı -RƏSMİ

20:22

"Sizi əmin edirəm, "Real"dan ayrılandan sonra..." -Karvaxal planını açıqladı

19:43

Azərbaycan gimnastları İsveçrədə 4 medal qazandılar

18:55

"Bir günlük də Mbappenin yerinə olmaq istəməzdim"

18:17

"Naço deyib ki, bizə mümkün qədər çox qol vuracaqlar?" -Mamardaşvilidən ironik cavab

17:51

İtaliya nəhəngi Fofananın klubuna rəsmi təklif göndərdi -MƏBLƏĞ

17:09

Şkrinyar İngiltərəyə meydan oxudu:"Biz onlardan daha yaxşıyıq"

16:53

Cekonun "Fənərbağça"dakı aqibəti necə olacaq?

15:57

"Çelsi"dən yeni transfer -RƏSMİ

15:29

"Turan Tovuz" Marandiçini də saxladı

15:16

"Avropa çempionatından öncə Deşam yanıma gəldi və..." -Eduardu Kamavinqa

14:50

İngiltərə nəhəngi AÇ-2024-də 1 dəqiqə oynamış futbolçunu istəyir

14:21

Azərbaycanlı karateçi Xorvatiyada qızıl medal qazandı

13:34

Azərbaycan güləşçilərindən 3 medal

13:12

"Turan Tovuz"da yeni müqavilə

Facebookdan bizi izləməyi unutmayın.
X