"Neftçi" itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Samir Əliyev Erik Ramosun хidmətindən məhrum olub.
Paraqvaylı futbolçu cəzalı duruma dühüb. "İnter"lə oyunun 39-cu dəqiqəsində oyunun bərpasını gecikdirdiyinə görə cəzalanan Ramos sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XI turda "Sumqayıt"a qarşı oynamayacaq.
Qeyd edək ki, Ramos bundan əvvəl "İnter", "Qarabağ" və "Zirə" ilə oyunlarda sarı vərəqə almışdı.
Fanat.az