Almaniya Kubokunda növbəti turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Borussiya" ötən gün "Paderborn"u qəbul edib.
Oyun meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dortmund təmsilçisinin heyətində Qonzalo Kastro dubl edib, Adrian Ramos, Şinji Kaqava, İlkay Gündoğan, Lukaş Pişçek və Henriх Mхıtaryan hərəyə bir dəfə fərqlənib.
"Qəbələ"nin digər rəqibi PAOK isə Yunanıstan Kubokunun qrup mərhələsində "Pantrakikos"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Qollara Dimitrios Pelkas və Robert Mak imza atıb.