Mövsümlər arası fasilə müddətində “Xəzər Lənkəran” klubu sayca 4-cü transferini həyata keçirib. Makedoniya yığmasının U-16 millisindən başlayaraq əsas milli yığma komanadaya qədər heyətə cəlb olunan Nikola Qliqorov ilə klub 1 illik müqavilə bağlayıb. 29 yaşlı futbolçu ampulaca yarımmüdafiəçidir. Futbolçunun son klubu Kiprin “Alka” klubu olub. Karyerasının çox hissəsini vətənində keçirən futbolçu Serbiyada da legioner həyatı yaşamaqla yanaşı qitəmiqyaslı turnirlərdə də böyük təcrübəyə malikdir.
İdman24.az