“Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edərək Topaz Premyer Liqasının XI turunda keçirilməli olan “Kəpəz” - “Qəbələ” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
Fanat.az xəbər verir ki, buna səbəb kimi yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmaması göstərilib.
Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən PFL görüşün yerini dəyişib. Belə ki, XI turun matçı “Qəbələ” - “Kəpəz” kimi, 3-cü dövrənin XIX turunun matçı isə “Kəpəz” - “Qəbələ” kimi qeydə alınacaq.
Fanat.az