2015/16 mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən aşağıda qeyd olunan qaydada maliyyə vəsaiti ayrılıb.
“Qarabağ” - 950 000.00 avro
“Qəbələ” - 630 000.00 avro
“İnter” - 630 000.00 avro
“Neftçi” - 200 000.00 avro
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.
AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter”in hesabına köçürüləcək.
Fanat.az