Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Borussiya" ilə üz-üzə gələcək "Qəbələ" ciddi itki ilə üzləşib.
Fanat.az xəbər verir ki, "qırmızı-qaralar"ın əsas qapıçısı Dmitri Bezotosnı sıradan çıxıb.
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"lə matçın ilk dəqiqələrində zədələnən qapıçının dortmundlulara qarşı oynamayacağı dəqiqləşiib. Təcrübəli qolkiper 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də, saat 22:00-da start götürəcək.(Sport7.az)
Fanat.az