“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən oyunundan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib.
Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün komanda Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Günorta saatlarında isə Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq də noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.
Qeyd edək ki, qrupda ikinci səfər oyununa çıxacaq komandamızın “Borussiya” ilə noyabrın 5-də baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az