"Roma"nın kapitanı Françesko Totti 2004-cü ildə "Real Madrid"ə transferi gerçəkləşsəydi iki dəfə "Qızıl top" mükafatını qazanacağını iddia edib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, 2004-cü ildə "Real Madrid"ə transfer olmağa çox yaxınlaşan Totti uşaqlığından bəri forma geydiyi klub olan "Roma"nı tərk etməmiş və "Real Madrid"i rədd etmişdi.
"Əgər transfer gerçekləşsəydi 3 Çempionlar liqası kuboku, 2 "Qızıl top" və başqa kuboklar qazanardım", deyərək ulduz bu fürsəti rədd etdiyini bildirib..
Totti 678 dəfə "Roma" forması geyib.
İdman24.az