"Hər bir futbolçu kimi mən də qalib gəlmək istəyirəm. Əlbəttə rəqib güclü komandadı, onlara qarşı oynamaq çox çətin olacaq. Amma biz ora qələbə qazanmaq düşüncəsi ilə gedirik". Fanat.az xəbər verir ki, bu sözləri "Borussiya" ilə oyun barədə danışan "Qəbələ"nin kapitanı Dodo deyib.
Braziliyalı futbolçu ilk dəqiqədə qol vurmaq istədiyini bildirib: "İmkanın olsa birinci dəqiqədə qol vurmağa çalışaram. “Xəzər Lənkəran”la oyunda olduğu kimi istəyərəm Dortmundda da erkən qol vuraq. Əgər bunu bacarsaq, oyunun gedişini dəyişə bilərik".
Fanat.az