"Qarabağ"ın heyətində "Borussiya"ya qarşı oyundan 4 il keçib. Artıq həmin məğlubiyyəti unutmuşuq. Azarkeşlərlə dolu olan tribunaların qarşısında oynamaq həmişə xoşdu. Sabah da çalışacağıq ki, yaxşı oyun sərgiləyək".
Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib. Bu gün Dortmundda keçirilən mətbuat konfransına qatılan futbolçu sabah "Borussiya" ilə keçirəcəkləri oyunla bağlı danışıb:
Rəşad "Neftçi”nin heyətində İtaliya “İnter”inə qol vurmuşduz, halbuki həmin vaxt heç kim komandamızdan yaxşı nəticə gözləmirdi. Bu dəfə də qol vura biləcəksizmi" sualına belə cavab verib: “Neftçi” ilə “İnter”lə matçda imza atdığımız 2:2 hesabını burda da reallaşdıra bilərik. Komandamızda özünəinam var. Sadəcə, Avroliqada hələ ki, qələbə qazana bilməmişik. Məncə, istəklə, həvəslə oynasaq, “San Siro”dakı kimi burda da 2:2 hesablı heç-heçə edə bilərik. Niyə də olmasın? Əlimizdən gələni edəcəyik"
Fanat.az