12:49 05.11.2015 507

Xaqani Məmmədov: "Ciddi rəqiblərimiz azdı"

AFFA-nın uşaq və yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda Azərbaycan birinciliyinə start verilib. Müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlarda “Qəbələ” Futbol Akademiyasının 9 komandası mübarizə aparır. Əvvəlki illərdə olduğu kimi “qırmızı-qaralar” bu mövsümdə də ən yüksək nəticələrə iddialıdı.


“Boulevard Hotel U-15 Liqası”nda mübarizə daha erkən başlayıb. Sentyabrın 22-də start götürən 15 yaşlıların birinciliyində 8 tur arxada qalıb. Xaqani Məmmədovun başçılıq etdiyi kollektiv iddiasını indidən ortaya qoyub - 8 oyun, 8 qələbə. “Qəbələ” 24 xalla turnir cədvəlində birinci, Məhəmməd Məhərrəmov isə 10 qolla “İnter”in oyunçusu Ceyhun Nuriyevlə birgə çempionatın bombardiridi. Yeri gəlmişkən, Məmmədov ötən mövsüm də bu kollektivi çalışdırırdı və yetirmələri ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatında gümüş medallara sahib çıxmışdı. 


Yeni mövsümə köhnə qvardiyası ilə başlayan Xaqani Məmmədov “Qəbələ İK”nın suallarını cavablandırıb.


- İkinci mövsümdür eyni komandaya başçılıq edirsiz. Yəqin ki, yaxşı tanıdığınız kollektivlə işləmək rahatdır.

- Əlbəttə. Komandamın güclü və zəif cəhətlərini çox yaxşı bilir və işimi buna uyğun qururam. Güclü cəhətlər bəllidir. Odur ki, hazırda çatışmayan cəhətləri aradan qaldırmaq üçün çalışırıq. Məşqlərdə nəyin üzərində işləməli olduğumuzu yaxşı bilirik. Eyni zamanda əksər futbolçular mənim futbol fəlsəfəmə bələddir. Buna görə də, bir jestimlə meydançada onlardan nə istədiyimi yaxşı başa düşür və onu icra edirlər.


- Görünür, həm də buna görədir ki, “Qəbələ” hazırda çempionatın lideridir.

- Elədir. Yetirmələrimə həmişə qələbə ruhunu aşılayıram. Hər oyundan əvvəl maksimum nəticə qazanmağa köklənir və meydançaya qələbə üçün çıxırıq.


- Elə ideyanız olubmu ki, ötən mövsüm reallaşdıra bilməmisiz?

- Bəli. Əvvəlcədən düşündüyüm bır sıra ideyalar vardı ki, vaxt çatışmazlığından onları gerçəkləşdirə bilməmışdım. İstəklərimi həyata keçirmək üçün mənə 1 mövsüm kifayət etməmişdi. Bu baxımdan keçmiş komandamın yeni mövsümdə də mənə tapşırılması çox yaxşı oldu. Bu mənə imkan verəcək ki, kollektivi görmək istədiyim səviyyəyə çatdırım.


- Dediniz ki, yetirmələriniz sizin onlardan nə istədiyinizi yaxşı bilirlər. Bəs, şərait və futbolçuların hazırlıq səviyyəsi ideyalarınızı tam həyata keçirməyə imkan verirmi?

- Əlbəttə. “Qəbələ” Futbol Akademiyası Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən qabaqcıl təsisatdır. Burada peşəkar futbolçu yetişdirmək üçün bütün imkanlar var. Akademiyada hər bir məşqçi istədiyi ideyanı gerçəkləşdirə bilər. Doğrudur, yetirmələrim hələ gəncdirlər. Bununla belə, qeyd edim ki, Azərbaycanda 2000-2001 doğumlu ən yaxşı futbolçuların əksəriyyəti mənim komandamda toplaşıb. Onlar hazırlıq səviyyəsinə və potensiallarına görə, yaşıdlarından daha yaxşı təsir bağışlayırlar.


- Ötənilki heyətlə indiki arasında nə kimi fərq var? Komandaya yeni futbolçular cəlb edilibmi?

- Əlbəttə. Tələblərə cavab verməyən, öz üzərində işləməyən və inkişafdan geri qalan futbolçular akademiyadan kənarlaşdırlıb. Ötənilki heyətdə zəif mövqelərimiz vardı. Hücum, orta, eləcə də arxa xəttdə bəzi futbolçular istəyimizə uyğun səviyyədə oynamırdılar. Ümidləri doğrultmayanları kənarlaşdırdıq və əvəzində daha sürətli, fiziki cəhətdən güclü və gələcək vəd futbolçular aldıq. Dayaq müdafiəçisi mövqeyinə Cavidan Rəhimlini, mərkəzə Cavid Vəlizadəni, sağ cinah hücumçusu mövqeyinə Əli Mürsəlovu, sırf hücumçu mövqeyinə Xəlil Bəşirovu, sağ cinah müdafiəçi mövqeyinə Nicat Əliyevi gətirdik.


- Ötən il bu komanda ilə Azərbaycan kubokunu qazandınız, çempionatda ikincioldunuz. Builki məqsəd nədir?

- Akademiya olaraq məqsəd “Qəbələ”nin əsas heyəti və milli komandalar üçün futbolçu yetişdirməkdir. Nəticələrə gəlincə, əlbəttə ki, ötənilki nəticələri yaxşılaşdırmağa çalışırıq. Bundan başqa, gələn il keçiriləcək beynəlxalq “Gabala Cup” turnirində uğurla çıxış etmək istəyirik.


- Builki çempionatda “Qəbələ”nin əsas rəqibləri hansı komandalardır?

- Təəssüf ki, bizimlə ciddi rəqabətə girəcək komanda azdır. Qeyd etdiyim kimi, bu yaş kateqoriyasında ən istedadlı futbolçuların əksəriyyəti bizim komandada toplaşıb. Həm heyət, həm də hazırlıq üçün yaradılan şərait baxımından “Qəbələ” digər kollektivlərdən bir baş üstündür. Bununla belə, düşünürəm ki, “İnter” və “Neftçi” komandaları çempionluq uğrunda mübarizədə bizə ciddi müqavimət göstərəcəklər. Qeyd edim ki, V turda “Neftçi”yə qalib gəlmişik. Qarşıdakı turlarda “İnter”i də sınağa çəkəcəyik.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X