Avropa Liqasının qrup mərhələsində "Borussiya"nın qonağı olan "Qəbələ" vətənə məyus qayıdır. Dortmunda baş tutan qarşılaşma 4:0 hesabı ilə almanların xeyirinə başa çatdıb.
Matçdan sonra Roman Qriqorçukun iştirak etdiyi mətbuat konfransında isə maraqlı anlar yaşanıb. Belə ki, konfrans başa çatandan sonra media zalında olan xanım, ukraynalı mütəxəssisi qucaqlaşaraq sağollaşıb. Dortmunda ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, həmin xanım Naxçıvandandı. Almaniyada yaşayan və "Qəbələ"ni dəstəkləyən ordubadlı xanımın qızı isə mətbuat konfransında tərcüməçi kimi fəaliyyət göstərirdi.(Sport7.az)
Fanat.az