Topaz Premyer Liqasının XII turun bütün təyinatları açıqlanıb.
Fanat.az хəbər verir ki, ilk oyun günündə keçiriləcək AZAL - "Kəpəz" matçını Fariz Yusifov, "Zirə" - "Sumqayıt" görüşünü Əliyar Ağayev idarə edəcək.
Noyabrın 8-də baş tutacaq "Xəzər Lənkəran" - "Qarabağ" görüşündə ədaləti Rauf Cabbarov qoruyacaq. "Neftçi" - "Rəvan" oyununda Ömər Paşayev fit çalacaq.
Son oyun günündə keçiriləcək "Qəbələ" - "İnter" matçını isə Rəhim Həsənov idarə edəcək.
7 noyabr
AZAL - Kəpəz
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
“AZAL Arena”. Saat 16.30.
Zirə - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asim Xudiyev.
Zirə İdman Kompleksinin stadionu. Saat 18.30.
8 noyabr
Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 16.00.
Neftçi - Rəvan
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bakcell Arena". Saat 18.00.
9 noyabr
Qəbələ - İnter
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. Saat 16.00.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol